Məlumat üçün deyim ki, uluslararası münasibətləri daim birinci hədəf hesab edən Kuzey Kıbrıs Türk Cumhuriyeti ekonomik zəminləri, qaynar dostluğu, idman fəaliyyətini geniş tərkibdə əsaslandıran və bu amilin bütün ortaq məsafələrdə dövlətçiliyə xidmət etdiyini büruzə verən dostluq cəmiyyətidir. İştirakçısı olduğumuz möhtəşəm tədbirdə də bir daha bunu canlı şahidi olduq. Tədbirin belə misilsiz keçməsi üçün ilk olaraq Kuzey Kıbrıs Türk Cumhuriyetinin cumhurbaşkanı sayın Ersin Tatar bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyetinin başbakanı sayın Ünal Üstel bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyetinin Ulaştıma bakanı sayın Erhan Arıklı bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyetinin kültür dairesi müdiri sayın Şirin Zaimağaoğlu xanıma, Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyətinin başkanı sayın Orhan Hasanoğlu bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyetinin işgüzar personalına, rəssam-dr. Gülsün Karadayı xanıma, ASKEF-in Azərbaycan başkanı Sona xanım İsmayılovaya minnətdarlığımızı bildiririk.
Xüsusi təşəkkürümüzü isə Savaş Ünal bəyədir, çünki onun təşkilatçı olduğu bütün tədbirlər sözün əsl mənasında möhtəşəm keçir. Elə adıçəkilən tədbirdə də sayın Savaş Ünal bəyin Azərbaycan sevgisi gözümüzdən yayınmadı. Tədbir boyu Azərbaycanın Zəfəri, Bayraq ucalığı, Atatürk şəxsiyyəti böyük alqışlarla qarşılandı və bu, bizdə qürur hissi doğurdu.
Tədbirə Azərbaycandan qatılan ziyalılar da xüsusi rəng qatdılar. Onların möhtəşəm iştirakçı siması Türkiyə-Azərbaycan qardaşlığının təntənəsi kimi yadda qaldı. Məsələn, Azərbaycanın tanınmış ziyalı xanımı, görkəmli sima Mahirə Nağıqızının kitablarının, sözlərinə bəstələnmiş mahnılardan ibarət disklərin və büroşuraların tədbirin təşkilatçılarına təqdim olunması xüsusi minnətdarlıq hissi yaratdı, əsas etibarilə tədbirə əlavə ovqar verdi. Mahirə Nağıqızının ünvanına deyilən xoş sözlər həm tədbir iştirakçılarının, həm də Azərbaycandan tədbirə qatılan ziyalıların gurultulu alqışları ilə qarşılandı. Və Bir azərbaycanlı kimi bir daha fəxr etdim ki, mən ümummilli lider Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycanın vətəndaşıyam!
Tədbirdə rəssamların əl işləri, ölkələrin mədəniyyət inciləri nümayiş olundu və sonda iştirakşılara kitablar həsiyyə edildi.
Bir sözlə, Kuzey Kıbrıs Türk Cumhuriyetinin həyata keçirdiyi tədbirlərin hamısında əsasən Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu əsas prioritet olub və bu tədbirdə də məhz bu məqam diqqət mərkəzində idi...
Sona Abbasəliqızı :
Azerbaycan Jurnalistler və Azerbaycan Yazıçılar Birliyinin üzvü.
Prezident mükafatçısı
0 Yorumlar