Ömür boyu borclusan,
Tutmadın sözlərini ?
Onsuz cəlladım sənsən,
Qaçırma gözlərini.
Mən rəssam bildim səni,
Dedim naxış çəkərsən.
Düşünmədim qəlbimə,
Sənsizliyi əkərsən.
Əsərinə bir də bax,
Kətan üstə alışır.
İçimdəki bu nifrət,
Məhəbbətə qarışır.
Rəssam sandığım qatil,
Fırça deyil əlində...
Tutub mənim qəlbimi,
Zəhər saçır dilində.
Qaldır, qaldır xəncəri,
Ürəyimi nişan al.
Pıçıldasın dodağım,
Sevdiyim salamat qal.
11.04.2019
0 Yorumlar